taxi
16:18 28 noyabr 2020

Rusiyada epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimələnib

madeyra

Rusiyada koronavirus pandemiyası başlayandan epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimə olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirus pandemiyası başlayandan polis əməkdaşları tərəfindən virusun yayılmasına qarşı tətbiq olunan məhdudlaşdırmaları, özünütəcrid rejimini pozan 1,1 milyon şəxs inzibati məsuliyyətə cəlb olunub.

Qeyd olunub ki, vətəndaşlara yazılan cərimələrin miqdarı 1 000 rubldan 15 min rubla qədərdir, indiyə kimi yazılan cərimələrin miqdarı isə 1,7 mlrd. rublu ötüb.

# 493
avatar

Oxşar yazılar