
Azərbaycan Fransaya nota verdi: səfir XİN-ə çağırıldı

Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını Səfirə təqdim edilib.
Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il saylı müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.
Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

Oxşar yazılar

20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edildi
19 yanvar 2021 , 14:11
Qarabağ Dirçəliş Fondu ilə bağlı yeni FƏRMAN
19 yanvar 2021 , 12:12
Vətən müharibəsində şəhid olanların yeni SİYAHISI
18 yanvar 2021 , 17:33
Prezidentdən insanların əlindən torpaq alanlara XƏBƏRDARLIQ
18 yanvar 2021 , 16:26