İngiltərənin bu klubu satılır
24 noyabr 2020 11:11 (UTC +04:00)

İngiltərənin bu klubu satılır

İngiltərənin “Vest Bromviç” klubu sahibini dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, ABŞ-dan olan adı açıqlanmayan konsorsium Premyer Liqanın autsayderlərindən birini almağa qərar verib.

Artıq tərəflər arasında danışıqlara da start verilib. Klubun indiki sahibi Lay Qoçuan alqı-satqıdan 150 milyon funt sterlinq qazanmağı planlaşdırılıb. Bu məbləği şişirdilmiş hesab edən amerikalılar qiyməti aşağı salmağa çalışır.

Qeyd edək ki, 9 turdan sonra “Vest Bromviç” 19-cu pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1327

Oxşar yazılar