
Sahibkara məxsus ferma və yük maşını yandı

Zaqatalanın Yuxarı Tala kəndində axşam saatlarında ümumi sahəsi 2000 kvadratmetr olan fermada yanğın baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, ferma sahibkar Kamran Ömər oğlu İsayevə məxsusdur.
Yanğın nəticəsində fermanın yanar konstruksiyaları, orada olan “QAZ 53” markalı yük maşını və 20 ton ot bağlaması yanıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

Bakının əsas prospektində qəza: tıxac yarandı
19 yanvar 2021 , 19:10
"Lotu Quli"nin məzarı üstündə atışma: ölən var
19 yanvar 2021 , 18:35
Məşhur rektor vəfat etdi
19 yanvar 2021 , 16:48
Bakıda maşının vurduğu qadın öldü
19 yanvar 2021 , 12:18
Əmisini öldürüb evini yandıran sabiq polis hakim qarşısına çıxarılır
19 yanvar 2021 , 11:36
Polietilen torbalarla bağlı daha bir XƏBƏRDARLIQ - əks halda...
19 yanvar 2021 , 11:22
İnternetdə 168 kiloluq narkotik alveri - Xüsusi ƏMƏLİYYAT
19 yanvar 2021 , 10:56
Yol Polisindən sürücülərə müraciət
19 yanvar 2021 , 10:41