Pol Poqba “Mançester Yunayted”lə müqaviləni uzatmayacaq - SƏBƏB
21 noyabr 2020 19:52 (UTC +04:00)

Pol Poqba “Mançester Yunayted”lə müqaviləni uzatmayacaq - SƏBƏB

Fransa millisinin və İngiltərə “Mançester Yunayted”inin futbolçusu Pol Poqba gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmayacaq.

Poqba yeni kluba azad agent kimi keçməyə üstünlük verir. O, bu statusla seçim imkanının daha böyük olduğunu və müqavilə üçün daha sərfəli şərtlərin təklif ediləcəyini düşünür.

Qeyd edək ki, Poqba 2016-cı ildən “Mançester Yunayted”in formasını geyinir.

# 1972
avatar

Oxşar yazılar