Nardaranda qəbristanlıqda silah-sursat tapıldı
21 noyabr 2020 13:26 (UTC +04:00)

Nardaranda qəbristanlıqda silah-sursat tapıldı


Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən Lent.az-a bildirilib ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan “F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb.

 Qeyd olunub ki, tapılan silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.

# 1393
avatar

Oxşar yazılar