1947
07:05
21 Noyabr 2020

Həkim iki COVID xəstəsini bilərəkdən öldürdü

Almaniyanın Essen şəhər polisi universitet xəstəxanasında iki COVID-19 xəstəsinin qəsdən öldürülməsində şübhəli bilinən həkimi saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə polisin yaydığı press-relizdə deyilir.

Essen Universiteti Xəstəxanasının həkimi 18 noyabr tarixində həbs olunub.

“Prokurorluq və Essen polis idarəsinin birgə araşdırmasından sonra həkimin qəsdən və qanunsuz olaraq ağır xəstələrə ömrünün son mərhələsində onların ölümlərinə səbəb olan narkotik maddə vurduğu şübhəsi var”, - sənəddə belə deyilir.

Hər iki xəstə - 47 və 50 yaşlı kişilər - 13 və 17 noyabr tarixlərində ölüblər. Hər ikisi də şübhəli tərəfindən müalicə altına alınıb ​​və dərman verildiyi anda “çox ağır vəziyyətdə olublar”. Essen polisi cinayəti araşdırmaq üçün komissiya yaradıb və həkim istintaq təcridxanasına yerləşdirilib. O, artıq ölüm hadisələrindən biri ilə bağlı ifadə verib və bu əməlini “xəstənin və ailəsinin əzablarına” son qoymaq istədiyi ilə əlaqələndirib.

Qeyd edilir ki, 44 yaşlı həkim bu ilin fevral ayından bəri Essen Universiteti Xəstəxanasında çalışırmış.

Dİgər xəbərlər