920
14:12
20 Noyabr 2020

Orfoqrafiya lüğəti çapa göndərilib - 2 MİNDƏN ÇOX YENİ SÖZ VAR

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti çapa göndərilib.

Lent.az AMEA-ya istinadən xəbər verir ki, bu barədə Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru professor İsmayıl Məmmədli danışıb. O bildirib ki, institut dilimizin zənginləşməsi üçün daim islahatlar aparır. 1929-cu ildən 2013-cü ilə qədər sözügedən müəssisə tərəfindən 6 dəfə orfoqrafiya lüğəti yenilənərək nəşr edilib.

Müəssisənin , 7-ci dəfə çap olunacaq orfoqrafiya lüğətinə iki mindən çox yeni söz əlavə edilib və ümumilikdə yüz mindən çox sözün olması planlaşdırılır.

Lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

Dİgər xəbərlər