968
16:16
20 Noyabr 2020

Bakıda ticarət mərkəzindən oğurluq olub

Bakıda geyim əşyaları oğurlanıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, noyabrın 19-da Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birində yerləşən mağazanın qarşısından 470 manat dəyərində geyim əşyaları oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş E.Bağırov saxlanılıb.

Dİgər xəbərlər