Həftəsonu taksilər işləyəcək
20 noyabr 2020 10:31 (UTC +04:00)

Həftəsonu taksilər işləyəcək

0

Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi bu nəqliyyat vasitələrinin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.

Lent.az-ın trend-ə istinadən məlumatına görə, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.

Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2264

Oxşar yazılar