Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir - RƏSMİ
19 noyabr 2020 13:25 (UTC +04:00)

Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir - RƏSMİ

Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Dağlıq Qarabağdakı atəşkəs rejiminə riayət olunmasından danışan Rusiya XİN-in rəsmisi qeyd edib ki, əldə olunan razılığın sözsüz həyata keçirilməsinin icra olunmasını təmin etmək vacibdir: “Biz məmnunluqla bildiririk ki, Rusiyanın vasitəçilik səyləri dayanıqlı atəşkəsə nail olmağa imkan verib. Rusiya sülhməramlı qüvvələrinin təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilməsi davam edir. Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2117

Oxşar yazılar