642
11:34
19 Noyabr 2020

Vətən müharibəsi təhsilin məzmununda əksini tapacaq - ƏMR İMZALANIB

"Vətən müharibəsi qalibiyyətlə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan on minlərlə insanımıza böyük sevgi borcumuz var. Şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı böyük ehtiramla yaddaşlarımıza həkk edəcəyik".

Lent.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama yayıb.

C.Valehov bildirib ki, təhsilin məzmununda bu, həm forma, həm də ayrı-ayrı hekayələrlə öz əksini tapacaq: "Bununla bağlı Təhsil naziri ayrıca əmr imzalayıb. Bu əmrə əsasən, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq. Bunun üçün təhsil mütəxəssisləri həmkar qurumlarla çalışır və Vətən Müharibəsinə dair ibrətamiz faktları toplayır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin məzmununda yer tapacaq. Bu proses hələ yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək".

Dİgər xəbərlər