İstilik təminatı ilə bağlı YENİ AÇIQLAMA
18 noyabr 2020 17:57 (UTC +04:00)

İstilik təminatı ilə bağlı YENİ AÇIQLAMA

Azərbaycanda 2020-2021-ci illərin payız-qış istilik mövsümü çərçivəsində istehlakçıların istilik təchizatı ilə təmin edilməsi noyabrın 15-dən başlanılıb. Lakin bəzi istilik qazanxanalarının işində yaranan texniki problemlərlə əlaqədar istehlakçıları tam şəkildə istiliklə təchiz etmək yalnız bu gün mümkün olub.

Bunu "APA-Economics"ə "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev deyib.

O bildirib ki, noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakı şəhərində istiliyin verilməsinə başlanılıb: "Bəzi istilik qazanxanalarının işində yaranan texniki problemlər istehlakçıları tam şəkildə istiliklə təchiz etməyə imkan verməyib. Lakin problem artıq aradan qaldırılıb və bu gündən etibarən istehlakçılar tam olaraq istilik təchizatı ilə təmin olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4342

Oxşar yazılar