İtkin düşən 29 yaşlı Ucar sakini axtarılır.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Ucar şəhərində yaşayan 29 yaşlı Anar Səlimov bu il mayın 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun boyu 170 sm., saçı qısa qara rəngli, gözlərinin rəngi şabalıdıdır.
A.Səlimov evdən çıxarkən əynində göy rəngdə cins şalvar, narıncı rəngli uzunqol kofta, ayağında qara rəngli idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə və ya Ucar rayon Polis Şöbəsinin (02021) 3-00-53 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.