"Jurnalist" kimi torpaq zəbt edən azadlığa çıxmaq istəyir - FOTO
18 noyabr 2020 11:51 (UTC +04:00)

"Jurnalist" kimi torpaq zəbt edən azadlığa çıxmaq istəyir - FOTO

Bakıda karantin zamanı özünü jurnalist kimi təqdim edərək, neft mədəni ərazisində qanunsuz torpaq zəbt etmək istəyən Şirəliyev Rövşən İlyas oğlu şərti azadlığa çıxması üçün məhkəməyə müraciət edib.

Lent.az-ın məlumatına görə, noyabrın 18-nə təyin olunan və Binəqədi rayon Məhkəməsində keçirələcək prosesə hakim Elçin Ağayev sədrlik edəcək.

Qeyd edək ki, R.Şirəliyev bu il iyun ayında özünü “Sizin media” qəzetinin təsisçisi kimi təqdim edib, ətrafdakıların iddiasına görə, vəhhabi təriqətinə məxsus Cəlal və Eyvaz adlı “maklerlər"lə Salyan yolu dalan 2 ünvanında, “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində 6 sot qanunsuz torpaq zəbt etməyə cəhd göstərib. Vəhhabi təriqətinə mənsub insanları ətrafına toplayan Şirəliyev Rövşən, Cəlal, Eyvaz adlı şəxslər bundan əvvəl də bir neçə dəfə mədən ərazisini zəbt edib, evlər tikərək digər şəxslərə satdıqları bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdikdə) və 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələrinə görə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1304

Oxşar yazılar