755
11:19
18 Noyabr 2020

Ermənistanda son sutkada koronavirusdan 28 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 589 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 120 459, xəstəlikdən ölənlərin sayı isə 1 839 nəfərə çatıb.

Ölkədə koronavirusdan sağalanların sayı 80 069 nəfərdir.

Dİgər xəbərlər