Arvadını 5-ci mərtəbədən atan direktor yenidən MƏHKƏMƏDƏ
18 noyabr 2020 10:40 (UTC +04:00)

Arvadını 5-ci mərtəbədən atan direktor yenidən MƏHKƏMƏDƏ

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını 5-ci mərtəbədən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə baxış iclası keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən zərəçəkmiş şəxsin hüquqi varisinin verdiyi şikayət təmin edilməyib və R.Taxveli barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, hadisə paytaxtın Nəsimi rayonu, R.Behbudov küçəsində baş verib. Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 32 yaşlı Taxveli Adelya Azər qızını binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 133-cü (əzab vermə) 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı verilib.

Əlavə olaraq bildirək ki, Taxveli Ramiz Pərviz oğlu "Buta Palace”nin art-direktorudur. Qətlə yetirilən Adelya Taxveli isə "Atəşgah Sığorta"nın işçisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043

Oxşar yazılar