Ermənistanda istefa ərizəsi yazan nazir müavini işdən çıxarıldı
17 noyabr 2020 15:53 (UTC +04:00)

Ermənistanda istefa ərizəsi yazan nazir müavini işdən çıxarıldı

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan işdən çıxarılıb.

APA-nın məlumatına görə, 12 ildir nazir müavini postunda Qarabağ problemi ilə məşğul olan Ş. Koçaryanın işdən çıxarılması barədə Baş nazir Nikol Paşinyan sərəncam imzalayıb.  

Məlumatda 72 yaşlı Ş. Koçaryanın bir neçə gün əvvəl istefa ərizəsi yazdığı bildirilir.

Qeyd edək ki, dünən xarici işlər naziri Zöhrab Mnatsakanyan da vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10029

Oxşar yazılar