54
12:43
17 Noyabr 2020

Ermənilərin tarixi abidələrimizi dağıtması ilə bağlı istintaq başladı - RƏSMİ

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz arxeloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılıb.

Baş Prokurorluqdan Lent.az -a verilən məlumatda bildirilib ki, Ermənistan tərəfindən artıq işğaldan azad edilmiş ərazilərimizdə arxeloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması və digər epizodlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmaqla istintaq qrupu yaradılıb.

Cinayət işi üzrə müstəntiqlər tərəfindən hadisə yerlərinə baxış da daxil olmaqla zəruri istintaq hərəkətləri, habelə digər dövlət qurumları ilə birlikdə, o cümlədən, mütəxəssislər və ekspertlər cəlb edilməklə tarixi və arxeologiya baxımından dəymiş ziyanın müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Kütləvi informasiya vasitələrində dərc edilmiş müraciətdə qeyd edilmiş digər faktlara da diqqət yetirilməklə, cinayət işi üzrə aparılan istintaq zamanı həmin xüsusatların araşdırılması təmin ediləcək.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Dİgər xəbərlər