Azərbaycanda 28 nəfərə qarşı dələduzluq edən tutuldu
17 noyabr 2020 12:31 (UTC +04:00)

Azərbaycanda 28 nəfərə qarşı dələduzluq edən tutuldu

Sumqayıtda külli miqdarda dələduzluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə Yevlax rayon sakini A.Abışovanın aldadılaraq 550 manat pulunun alınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb.

Ətrafında aprılmış tədbirlərlə onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadaraq onlardan ümumilikdə 6600 manat pul alması da müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar