Gürcüstanda koronavirusdan ölənlərin sayı 30 nəfər artdı
16 noyabr 2020 11:00 (UTC +04:00)

Gürcüstanda koronavirusdan ölənlərin sayı 30 nəfər artdı

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 157 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 82 835 nəfərə, ölənlərin sayı isə 733 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 65 291 nəfərin sağaldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10159

Oxşar yazılar