227
11:13
15 Noyabr 2020

Gürcüstanda son sutkada 3 020 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 020 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 79 678

nəfərə, ölənlərin sayı isə 703 nəfərə çatıb.

Virusa yoluxanlardan 62 061 nəfərin sağaldığı bildirilir.

Dİgər xəbərlər