107
01:45
15 Noyabr 2020

Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması barədə məlumat yalandır - XİN

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən bildirilib.

"Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır", - deyə məlumatda qeyd olunub.

Dİgər xəbərlər