ƏSA Teatrından “Qarabağ – hər kəsin ortaq arzusu” adlı VİDEOÇARX
14 noyabr 2020 09:50 (UTC +04:00)

ƏSA Teatrından “Qarabağ – hər kəsin ortaq arzusu” adlı VİDEOÇARX


Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycan Respublikasının ilk inklüziv ƏSA Teatrı “Qarabağ – hər kəsin ortaq arzusu” adlı sosial videoçarx hazırlayıb.  

Teatrdan APA-ya verilən məlumata görə, videoda aktrisa Günay Məmmədova, aktyorlar İmran Lalayev və Rəsul Zəkiyev çəkiliblər. 

Ən yaxın zamanda ölkəmizin işğaldan azad olunan bölgələrinə gedərək, arzularını reallaşdırmaq istəyən videoçarx iştirakçıları, Qarabağ sevgisinin və həsrətinin xalqımızın hər bir nümayəndəsində olduğunu və arzularımız fərqli olsa da, bu arzuların ünvanının bir olduğunu vurğulayır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1729

Oxşar yazılar