"Ermənistan Kəlbəcərin Azərbaycana qaytarılması ilə bağlı öhdəlik götürüb" - RƏSMİ
13 noyabr 2020 15:16 (UTC +04:00)

"Ermənistan Kəlbəcərin Azərbaycana qaytarılması ilə bağlı öhdəlik götürüb" - RƏSMİ

Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana verilməsi prosesində Rusiya sülhməramlılarının iştirakı məsələlərini komandanlığa yönəltmək lazımdır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmirti Peskov bildirib.

“Bu rayonun qaytarılması Putin, Əliyev və Paşinyan tərəfindən imzalanan birgə bəyanatda nəzərdə tutulub. Bu, erməni tərəfinin üzərinə götürdüyü öhdəlikdir. O ki, qaldı Rusiya sülhməramlılarının bu prosesdə iştirakı məsələsinə, sizə cavab verə bilmərəm. Yaxşı olardı ki, belə sualları komandanlığa yönəldəsiniz”, - deyə Rusiya prezidentinin sözçüsü Kəlbəcər rayonunun Azərbaycana verilməsində Rusiyanın rolu nədən ibarət olacaq sualına cavabında vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonunu, Ağdam rayonunu noyabrın 20-dək və dekabrın 1-dək isə Laçın rayonunu Azərbaycana qaytarmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260

Oxşar yazılar