Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib.
Qrup mərhələsinin 3-cü turunda “Neftçi”nin hücumçusu Prins İbaranın çıxış etdiyi Konqo yığması Esvatini ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Start heyətdə meydana çıxan İbara qələbədə böyük pay sahibi olub. 77-ci dəqiqədə hesabı açan forvard dörd dəqiqə sonra məhsuldar ötürmə edib.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Konqo qrupda ikinci pillədə qərarlaşıb. /qol.az