Noyabrın 12-də ölümlə nəticəlnənə iki ağır yol qəzası olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 12-də saat 7 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Tovuz rayon sakini Firuz Rəsulovun idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini S.Hüseynovun idarə etdiyi “QAZ-2705” markalı avtomobillər toqquşub. Nəticədə F.Rəsulov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Diəgr ağır yol qəzası isə saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Q.Qocayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Ağstafa rayon sakini Qurban Qurbanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.