"Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki..." - Lavrov
12 noyabr 2020 14:54 (UTC +04:00)

"Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki..." - Lavrov

Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun məxsusluğu barədə illüziya olmamalı idi.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici media nümayəndələrinə müsahibəsində bildirib.

”Bir daha qeyd edirəm. Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ömür boyu həmin vəziyyətdə qalacağı ilə bağlı illüziya olmamalı idi, hansı ki, ay yarım və iki ay bundan əvvələ qədər vardı. Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki, bu nizamlanmanı hansısa mərhələdə uzun illər masa üstündə olan prinsiplərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə müvafiq həyata keçirmək lazım gələcək. O zaman bu münaqişənin qan tökülmədən nizamlanmasına, bu regiondakıların, Qarabağ ermənilərinin və Qarabağda yaşayan digər etnik qrupların təhlükəsizliyinə hansısa zərər vurmadan ideal yol açılardı”, - Rusiya XİN başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177

Oxşar yazılar