57
01:02
11 Noyabr 2020

Bakıda iki avtomobil toqquşdu, sürücülərdən biri qaçdı - FOTO - VİDEO

Bakı-Sumqayıt şosesinin Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib.

APA xəbər verir ki, Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı avtomobil "VAZ 2106" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Toyota" beton divara çırpılıb. "VAZ 2106" isə əks istiqamətli yola düşüb.

Yol Patrul Xidmətindən APA -ya verilən məlumata görə, qəza zamanı "Toyota"nın sürücüsü hadisə yerindən uzaqlaşıb. Qəza nəticəsində "Jiquli" deformasiyaya uğrayıb. "VAZ 2106"-nın sürücüsü Məhərrəmli Elvin Bəhmən oğlu və onun sərnişini İbişov Zaur Qiyas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib.

Dİgər xəbərlər