173
15:33
10 Noyabr 2020

Yerevanda etiraz aksiyası keçirilir

Ermənistanda Parlament binasının qarşısında etiraz aksiyası keçirilir.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, etirazçılar parlament binası boyu uzanan Bagramyan prospektini bağlayıblar.

Ərazidə çox sayda polis qüvvələri var.

Etirazçılar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmanın ləğvini tələb edirlər.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan gecə yarısı "Dağlıq Qarabağ" və özü üçün ağrılı bir sənədin imzalayacağını açıqlayıb, bundan sonra Ermənistanda etiraz aksiyaları başlayıb.

Gecə bir qrup etirazçı hökumət və parlament binalarına hücum edib, dağıntılar törədib. Parlamentin spikeri Ararat Mirzoyan isə etirazçılar tərəfindən döyülüb. A. Mirzoyan müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Dİgər xəbərlər