75
13:19
10 Noyabr 2020

Sumqayıtda yeniyetmə qızı maşın vurub öldürdü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 17 yaşlı Fidan Kərimlini BMW markalı avtomobil vurub. Yeniyetmə qız aldığı xəsarətlərdən dünyasını dəyişib.

Dİgər xəbərlər