Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
Lent.az xəbər verir ki, nazir bu barədə özünün “Twitter” hesabında paylaşım edib:
“Can Azərbaycan döyüş meydanında və diplomatiya masasında əhəmiyyətli qələbə əldə etdi. Bu uğuru ürəkdən təbrik edirəm. Can azərbaycanlı qardaşlarımızla tək millət, tək ürək olmağa davam edəcəyik”.