Türkiyədən daha 20 azərbaycanlı həkim könüllü Vətənə gəldi
09 noyabr 2020 17:26 (UTC +04:00)

Türkiyədən daha 20 azərbaycanlı həkim könüllü Vətənə gəldi

0

Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq cəbhədə torpaqlarımız uğrunda vuruşan hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib. Bu, Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və TƏBİB-in dəstəyi ilə reallaşıb.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı həkimlərdən də növbəti dəstək gəlib. Belə ki, Türkiyə, Almaniya və ABŞ-da oxuyan həkimlərimiz və həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə ölkəmizə 1 tondan çox tibbi ləvazimat göndərilib. 

Qeyd edək ki, 1 ay öncə də cəbhədəki hərbçilərimizə xidmət göstərmək üçün 45 həkim Azərbaycana gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 911

Oxşar yazılar