Rusiyanın Voronej şəhəri yaxınlığındakı “Baltimor” hərbi hava limanında baş verən silahlı insident zamanı ölənlərdən ikisi zabit, biri isə xidmətə yeni çağırılmış əsgərdir.
Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən mənbə bildirib.
Hadisə zamanı bir hərbi qulluqçu ağır yaralanıb, hazırda reanimasiyadadır.
Məlumata görə, hadisəni törədən şəxs zabitlərin birindən götürdüyü tapançadan atəş açıb.
Qərbi Hərbi Dairə komandanlığı və hüquq-mühafizə orqanları cinayətkarın axtarışına başlayıb.
Faktla bağlı araşdırma aparılır.
***
10:32
Rusiyanın Voronej şəhəri yaxınlığındakı “Baltimor” hərbi hava limanının ərazisində hərbi qulluqçu 3 nəfəri öldürüb.
Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə Regional Fövqəladə Hallar Xidmətindən bildirilib.
Hadisənin başvermə səbəbilə bağlı əlavə məlumat verilməyib.