Gürcüstanda koronavirusdan ölənlərin sayı 475-ə çatdı
08 noyabr 2020 11:36 (UTC +04:00)

Gürcüstanda koronavirusdan ölənlərin sayı 475-ə çatdı

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 901 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  57 753 nəfərə, ölənlərin sayı isə 475 nəfərə çatıb.

Virusa yoluxanlardan 42 572 nəfərin sağaldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007

Oxşar yazılar