Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 50 milyonu keçib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu “Worldometers” portalının məlumatları sübut edir.
Portalın informasiyasına görə, noyabr 8-nə səhər saatlarına qədər dünyada koronavirus infeksiyası ilə əlaqədar 50.263.885 hadisə qeydə alınıb.
Pandemiya başlayandan bəri 1.256.354 nəfər ölüb.
Bununla birlikdə, Con Hopkins Universiteti layihəsinə görə, infeksiya sayı yalnız 50 milyona yaxınlaşır və 49.822.322-dir. Ən çox xəstəlik ABŞ-da (9.85 milyon), ardından Hindistan (8.5 milyon), Braziliyada yoluxanların sayı 5.65 milyon nəfərdir.
Ən çox koronavirus xəstəsi olan beş ölkə arasında Rusiya (1.74 milyon) və Fransa (1.7 milyon) da var