Yol polisi körpənin həyatını xilas etdi - VİDEO
08 noyabr 2020 09:35 (UTC +04:00)

Yol polisi körpənin həyatını xilas etdi - VİDEO

Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində qurulan postda “Opel” markalı avtomobil saxlanılarkən İsmayılov Eldar Azər oğlu idarə etdiyi maşında onun uşağının zəhərləndiyini bildirib. 

APA xəbər verir ki, Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşı leytanant Əli Cavadov dərhal xidməti avtomobillə körpəni Əbulfəz Qarayev adına 2 saylı uşaq klinik xəstəxanasına çatdırıb.

Həkimlər onun həyatını xilas edib. Körpənin atası Eldar İsmayılov polis əməkdaşlarını öz təşəkkürünü bildirib.

Daha sonra yol polis əməkdaşları ərazi üzrə  xidmətlərini davam etdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar