101
18:30
07 Noyabr 2020

Əməliyyat şəraiti ordumuzun nəzarətindədir: cəbhənin bütün istiqamətində döyüşlər davam edir - RƏSMİ

“Düşmənin atəş nöqtələrini susdurmaq üçün yalnız sərhədlərimiz çərçivəsində tədbirlər görülür”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərdə baxış zamanı əldə edilən sənədlər və digər kəşfiyyat materiallarından aydın olur ki, Azərbaycan Ordusu həm də muzdlularla mübarizə aparır: “Düşmən anlamalıdır ki, həyatda qalmaq üçün onların tək yolu vaxt itirmədən silahı yerə qoymaq, döyüş meydanını tərk etməkdir. Nə əcnəbi döyüşçülər, nə də hər hansı könüllü dəstələr Azərbaycan əsgərini durdura bilər. Hazırda əməliyyat şəraiti ordumuzun nəzarətində olmaqla, cəbhənin bütün istiqamətində döyüşlər davam edir”.

Dİgər xəbərlər