105
11:27
07 Noyabr 2020

İsveçdə yaşayan azərbaycanlı tələbədən məşhur ekoloqa MƏKTUB

İsveçdə yaşayan azərbaycanlı, Lund universtetinin tələbəsi, BMT fəalı Nərgiz Qazi, ermənilərin Azərbaycan meşələrinə od vurması ilə bağlı ümumdünya ətraf mühit hərəkatının İsveçli fəalı, məşhur təbiət mühafizəçisi Qreta Tunberqə (Greta Thunberg) məktub yollayıb.

Lent.az məlumat verir ki, məktubda Qarabağın bitki və heyvanat ailəmi ilə yanaşı Qafqaz Albaniyasına, Qarabağ xanlığına aid abidələrin də yoxolma təhlükəsindən danışılır.

Məktubda deyilir:

“Salam Qreta! Düşünürəm ki, daha yaxşı bir dünyaya sahib olmaq arzusu bizim ortaq istəyimizdir. Mən də ətraf mühit problemlərinə biganə deyiləm, ekoloji fəlakəti gələcəyimiz üçün təhdid hesab edirəm. Bu məktubla diqqətini Dağlıq Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında gedən müharibəyə yönəltmək istəyirəm. Beynəlxalq hüquqla Azərbaycanın bir parçası kimi tanınan Qarabağ bölgəsində təbiət faciəsi yaşanır. Ermənistan ordusu Dağlıq Qarabağın endemik biomüxtəlifliyinə ciddi ziyan vurur. Şuşa və Xankəndi şəhərləri ətrafında meşələr bilərəkdən yandırılır. Bu cür vandalizm əməlləri Ermənistanın tərəfdar çıxdığı beynəlxalq ekoloji konvensiyalara uyğun deyil. Fosforlu bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi olduqca çətindir, belə yanğınlar uzun müddət davam edir. Tək Qarabağın təbiəti deyil, qədim Qafqaz Albaniyası və Qarabağ xanlığına aid tarixi abidələr də təhlükə altındadır. Bu yanğınlar həmçinin qiymətli palıd, ardıc, fıstıq, vələs, şam, qoz meşələrinin yaratdığı nadir ekosistemi məhv edir. Qafqazın nadir bitkiləri, nəsli kəsilməkdə olan vəhşi heyvan növləri yoxolma təhlükəsi altındadır. Müharibə zamanı qəsdən başladılan yanğına niyə heç kim reaksiya vermir? Ümid edirəm ətraf mühit fəlakətləri ilə mübarizə aparan biri kimi susmayacaqsan və səsimi dünyaya duyurmaqda mənə yardım edəcəksən. Ümid edirəm dünyanı, onun bir parçası olan Qarabağı təbiət faciəsindən qurtarmaq üçün hələ şansımız var".

Dİgər xəbərlər