Dünya şöhrətli azərbaycan əsilli fotoqraf Rza Diqqəti erməni terrorçularının Bərdəni atəşə tutmasından bəhs edən fotoları özünün "Instagram" hesabında paylaşıb.
Lent.az-ın məlumatına görə, fotoqraf paylaşımında Bərdənin bombalanması nəticəsində həyatını itirən, yenicə övlad sahibi olan Tükəzban və Çərkəzin dəfn mərasimindən çəkdiyi fotoları yayıb. Rza Diqqəti etdiyi paylaşımda bu sözləri qeyd edib:
“Ölüm sükutu yeni doğulan körpənin möcüzəvi fəryadlarını bürüyür.
Tükazban 24 yaşında idi. Dörd ildir evli idi, uşaq sahibi olmaq üçün müalicəsini davam etdirirdi. Bir neçə ay əvvəl hamilə qaldı, bir müddət əvvəl gözəl bir körpə dünyaya gətirdi. Ailə illərdir gözlədiyi uşağın doğumunu böyük sevinclə qeyd etmək üçün hazırlıq görürdü. Ancaq o anda Ermənistan silahlı qüvvələri Bərdəyə çoxlu sayda raket atdı. Ata yeni doğulmuş qızını qorumaq üçün onu qolları arasına aldı. Artıq həmin körpə qızın atası da, anası da həmin bombalanma zamanı həlak oldular. Onların taleyi sonsuza qədər möhürlənib. Körpə isə valideynlərinin ölümü üçün ağlayan yaxınlarının ətrafında sağdır. Ölüm sükutu bir körpənin möcüzəvi fəryadını bürüyür”.