180
14:27
06 Noyabr 2020

Əli Əsədov MDB ölkələrini Ermənistanın dinc əhaliyə qarşı hərbi fəaliyyətini qınamağa ÇAĞIRDI

“Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün MDB ölkələri hökumət başçılarının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

O, Azərbaycanın MDB ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib: “Lakin qeyd etmək lazımdır ki, MDB çərçivəsində çoxtərəfli formatda əməkdaşlıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün deyil”.

Baş nazir sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə də iclas iştirakçılarını məlumatlandırıb. Ə. Əsədov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə ballistik raket zərbələri endirməsi nəticəsində dinc sakinlərin həlak olduğunu qeyd edib.

“MDB ölkələrini Ermənistanın Azərbaycanın dinc vətəndaşlarına qarşı keçirdiyi hərbi fəaliyyəti qınamağa çağırıram”, - baş nazir vurğulayıb.

Dİgər xəbərlər