71
09:18
06 Noyabr 2020

"Düşmən döyüş coğrafiyasını genişləndirməyə çalışır" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin dövlət sərhədindən atəşkəsi pozmasına münasibət bildirib.

Lent.az -ın məlumatına görə, bu barədə o, özünün "Twitter" hesabında məlumat verib:

"Ermənistan coğrafi cəhətdən Azərbaycanın döyüş əməliyyatları bölgəsindən uzaq olan Tovuz, Gədəbəy və Daşkəsən ərazilərinə hücum etməyə davam edir. Düşmən bu cür təxribatlarla hərbi əməliyyatlar coğrafiyasını genişləndirməyə çalışır".

Dİgər xəbərlər