Ölkədə QİÇS xəstələrinin sayı açıqlandı
05 noyabr 2020 17:40 (UTC +04:00)

Ölkədə QİÇS xəstələrinin sayı açıqlandı

31.09.2020-ci il tarixədək ümumilikdə qeydiyyatda İİV-infeksiyası aşkar olunmuş şəxslərdən 6255 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan APA-ya verilən məlumata görə, onlardan 2230 nəfəri İnyeksion Narkotik İstifadəçiləridir.

Bu ilin ötən dövrü ərzində Anti Retro Terapiyaya cəlb olunan 409 pasiyentdən 60 nəfəri inyeksion narkotik istifadəçisidir. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı 1108 nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar