Məktəblilərimiz Ruminiyadakı olimpiadada qalib oldular
05 noyabr 2020 15:33 (UTC +04:00)

Məktəblilərimiz Ruminiyadakı olimpiadada qalib oldular

Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 18 ölkədən 108 məktəblinin virtual şəkildə qatıldığı yarışda komandamızın bütün üzvləri qaliblər sırasında yer alıb.

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş medal, həmin liseyin 10-cu sinif şagirdi Toğrul Abbasov və 9-cu sinif şagirdi Fidan Qarayeva, eləcə də Bakı şəhəri 2 nömrəli texniki humanitar liseyin 10-cu sinif şagirdi Elçin Musazadə,  220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov və Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev isə bürünc medal qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132

Oxşar yazılar