186
12:52
05 Noyabr 2020

"Zəfərə doğru Azərbaycan"la yaradıcılığımda bir ilk etdim" - Roza Zərgərli

Müğənni Roza Zərgərli "Zəfərə doğru Azərbaycan" adlı yeni mahnısını və klipini təqdim edib.

Lent.az xəbər verir ki, bəstənin müəllifi Arzu Abbasovadır. Ekran işinin rejissorluğunu isə Nail Naiboğlu edib. Yeni işindən danışan sənətçi bildirib ki, ilk dəfədir vətənpərvərlik mövzusunda klip çəkdirib:

"12-yə yaxın vətənpərvərlik mövzusunda mahnım var: rokdan tutumuş, milli üsluba qədər. Amma klip çəkmirdim. Düşünürdüm ki, torpaqlar azad ediləndə klip çəkəcəm. Bu mövzuda mahnı oxumaq başqa hislər bəxş edir. Studiyada oxuyanda beynimdən heç bir ideya keçmirdi. Deyirdim, klipdə hansı görüntünü verəcəm? Amma bu dəfə mahnını oxuya-oxuya qələbə düşünürdüm.

"Zəfərə doğru Azərbaycan" ilk belə mövzuda klipim olsa da, son olmayacaq. Hazırda daha iki yeni klip üzərində çalışırıq.

Biz sənət adamlarının da əlindən gələn budur. Maddi, mənəvi əsgərlərimizin yanında biz də, başqa şəxslər də olur. Sənət adamları isə bir də mahnıları, qələbə ab-havalı ifaları ilə əsgərlərimizə ruh yüksəkliyi verir".

Dİgər xəbərlər