122
10:41
05 Noyabr 2020

Co Bayden xalqa səsləndi: "Təxminən 3 milyon səs fərqimiz var"

ABŞ-da seçkinin nəticələri tam açıqlanmamış demokratların namizədi Co Bayden xalqa səslənib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun açıqlamasında bu sözlər yer alıb:

“Donald Tramp seçki nəticələrini qəbul etmək istəmir. Ancaq ABŞ prezidentini xalq seçir. Bülletenlərin sayılması bitdikdən sonra qazanacağımıza əminəm. Viskonsini 20 min səslə qazandıq, Miçiqanda 35 min səslə öndəyik. Səslər get-gedə artır. Təxminən 3 milyona yaxın səs fərqi var. Bu tarixdə görülməmiş bir fərq olacaq. Çətin zamandayıq. Bir ölkə olaraq bir olmağa məcburuq. Bir-birimizi eşidəcək və hörmət edəcəyik. Biz artıq rəqiblərimizə düşmən kimi baxmamalıyıq, düşmən deyilik. Seçkilərə demokratların namizədi olaraq qatıldım, amma Amerikanın prezidenti olacam. Mənə səs verənlərlə, səs verməyənlər arasında fərq olmayacaq.

Hər bir səs sayılmalıdır. Kimsə demokratiyamızı bizdən ala bilməz. Amerika bir çox şey gördü, xalq olaraq susdurulmayacağıq. Biz zorbalığa önəm verməyəcəyik. Bu təkbaşıma mənim yox, bütün Amerikanın zəfəri olacaq”.

Dİgər xəbərlər