135
18:06
04 Noyabr 2020

Vətəndaşdan əsgərə unikal dəstək: "İstədim mən də belə kömək edim..." - FOTO

Ordumuzun torpaqlarımızı işğaldan azad etmək uğrunda göstərdiyi yüksək rəşadət və hünər vətəndaşlarımızda da böyük ruh yüksəkliyi yaradıb. Belə ki, insanlar müxtəlif təşəbbüslərlə orduya dəstək olmağa çalışır.

Lent.az xəbər verir ki, belə dəstəklərdən birini Bakı sakini Ruslan Hüseynov edib. O, hərbçilərimizin təmiz geyimlə təmin olunması üçün ön cəbhəyə bir neçə paltaryuyan maşın və digər yuyucu vasitələr göndərib. Bu barədə təşəbbüskar özü Lent.az -a danışıb:

“Bütün lazımi vasitələri 1 həftədir yığmağa başlamışıq. Sağ olsunlar, bu işdə mənə kömək edənlər oldu. Bundan öncə sosial şəbəkədə döyüşlər gedən bölgədə hamam tikilməsi ilə bağlı foto paylaşılmışdı. Mən də onu gördüm və istədim belə bir təşəbbüslə ordumuza az da olsa, yardım edim. Çalışıb bunu təbliğ etmək lazımdır ki, qoy insanlar əlindən gələn köməklə ordumuza dəstək olsunlar. Əsgərlərimiz həm döyüşüb, həm də belə təmizlik işləri ilə məşğul olmasınlar. 1 həftəyə Türkiyənin keyfiyyətli “Vestel” firmasının 4 yeni paltaryuyan maşınını, 200 kilodan çox yuyucu vasitə və bir neçə konteyner toplayıb, cəbhə bölgəsinə göndərmişik. Artıq onların hansı hərbi hissədə istifadə olunacağına Müdafiə Nazirliyi qərar verəcək. Onsuz da biz tez-tez döyüş bölgəsinə baş çəkirik. Təbliğat apararaq çalışacam ki, heç olmasa yuyucu tozlar və s. digər təmizlik vasitələrinin təminatını təşkil edə bilək”.

Dİgər xəbərlər