163
10:05
04 Noyabr 2020

“Komandir” adlı sənədli film çəkilib

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin komandiri, Cəbhə komandanı, Azərbaycan Respublikası Müdafiə nazirinin I müavini olmuş general-mayor Zadir Rzayevin keçdiyi döyüş və ömür yolundan bəhs edən sənədli filmi hazırlanıb.

Lent.az məlumat verir ki, filmdə Zadir Rzayevin həyat yoldaşı Dilşad Rzayeva, oğlu Sərxan Rzayev, qardaşı Nadir Rzayev və döyüş yoldaşları onun keçdiyi döyüş və ömür yolundan danışıb, xatirələrini bölüşüblər.

Filmdə Şəmistan Əlizamanlının ifasında sözləri Esmira Məmmədliyə və musiqisi Fərahim Sadiqə məxsus “Yaşa ey Azərbaycan” adlı musiqisi səslənib.

Qeyd edək ki, 32 dəqiqəlik “Komandir” sənədli filminin çəklişlərinin birinci mərhələsi Lənkəran rayonunun Sürük kəndində, digər epizodları isə Bakı şəhərində çəkilib.

Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin ssenari müəllifləri İlham Tumas və Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.

Dİgər xəbərlər