87
02:10
04 Noyabr 2020

Tramp hələlik qələbə nitqi hazırlamadığını bildirib

ABŞ Prezidenti Donald Tramp seçkilərdə nə qələbə, nə də məğlubiyyət üçün nitq hazırlamadığını bildirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri qələbə nitqi barədə hələ düşünməyib.

O, seçkidə qalib gəlməyin asan, məğlubiyyətin isə çətin olduğunu vurğulayıb:

“Qazanmaq asandır, itirmək heç vaxt asan deyil. Məğlub olmaq mənim üçün deyil”.

Qeyd edək ki, ABŞ-da Prezident seçkiləri keçirilir. Prezidentlik uğrunda mübarizə Demokratların namizədi Co Bayden ilə Respublikaçı - hazırkı dövlət başçısı Donald Tramp arasında gedir.

Dİgər xəbərlər