“Fiorentina” baş məşqçisini göndərir
03 noyabr 2020 19:30 (UTC +04:00)

“Fiorentina” baş məşqçisini göndərir

İtaliyanın “Fiorentina” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, A seriyası təmsilçisi Cüzeppe Yakini ilə yollarını ayıracaq.

Bu, növbəti turun “Parma” ilə qarşılaşmasınadək reallaşacaq. “Bənövşəyilər”in rəhbərliyi A seriyasında mövsümə uğursuz startdan narazıdır. 6 turdan sonra “Fiorentina” 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Yakinini əvəzləməyə əsas namizəd Luçano Spallettidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222

Oxşar yazılar